...

Qaz sayğaclarının dəyişdirilməsi barədə abonentlərə “SMS” xəbərdarlıq ediləcək - Ruslan Əliyev

Energetika Materials 3 Sentyabr 2021 12:54 (UTC +04:00)
Qaz sayğaclarının dəyişdirilməsi barədə abonentlərə “SMS” xəbərdarlıq ediləcək - Ruslan Əliyev

Bakı. Humay Ağacanova -Trend:

Yeni layihəmizə əsasən bazada abonentin mobil nömrəsi varsa, qaz sayğacının nə zaman və hansı səbəbdən dəyişdirilməsi barədə onlara "SMS" bildiriş göndəriləcək.

Trend-in məlumatına görə, bunu SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

O həmçinin, qeyd edib ki, hər bir abonentin mobil nömrəsinin bazada olması onların istər sayğac dəyişdirilməsi, istərsə də qaz kəsintiləri barədə əvvəlcədən xəbərdar edilməsi üçün əlverişlidir:

“Əgər mexaniki sayğac istifadəçilərinin bazada mobil nömrəsi varsa, ödənişlə bağlı bildiriş köhnə qaydada sayğac oxunması yolu ilə yox, “SMS” vasitəsilə göndəriləcək."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti