...

Avropada qazın qiyməti min kubmetr üçün 1200 dollardan aşağı düşüb

Energetika Materials 29 Dekabr 2021 21:51 (UTC +04:00)
Avropada qazın qiyməti min kubmetr üçün 1200 dollardan aşağı düşüb

Bakı. Trend:

Avropada qazın qiyməti 1000 kubmetr üçün 1200 dollardan aşağı düşüb.

Trend xəbər verir ki, bu barədə Londonun "ICE" birjasının məlumatlarında deyilir.

Məlumata əsasən, Niderlandın TTF habında yanvar fyuçerslərinin qiyməti min kubmetr üçün 1134 dollar təşkil edib.

Bildirilib ki, qiymətdə son 1 gündə qeydə alınan ümumi azalma 9 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti