...

Avropada qazın qiyməti min kubmetr üçün 1400 dollardan aşağı düşüb

Energetika Materials 10 Mart 2022 23:21 (UTC +04:00)
Avropada qazın qiyməti min kubmetr üçün 1400 dollardan aşağı düşüb

Bakı. Trend:

Avropada qazın qiyməti 1 martdan bəri ilk dəfə hər 1000 kubmetr üçün 1400 dollardan aşağı düşüb.

Trend-in məlumatına görə, bu barədə Londonun "ICE" birjasından bildirilib.

Hollandiyanın "TTF" habında aprel fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 1370 dollara və ya MVt/saat üçün 120,01 Avro düşüb.

Ümumilikdə qazın qiyməti ticarət başlayandan 23 faiz ucuzlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti