...

Azərbaycan nefti bahalaşıb

Energetika Materials 24 İyun 2022 10:27 (UTC +04:00)

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 23-də 118,57 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,79 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 117,12 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,87 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 75,74 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 0,72 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 117,33 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,74 dollar/barel çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti