...

TAP-ın icraçı direktoru xəttin gücünün artırılması şərtlərini açıqlayıb

Energetika Materials 8 İyul 2022 12:34 (UTC +04:00)
TAP-ın icraçı direktoru xəttin gücünün artırılması şərtlərini açıqlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Trans-Adriatik boru xətti (TAP) Avropaya enerjin daşıyıcıları tədarükünün təhlükəsizlinin təmin olunması məqsədilə cari buraxılış gücünü mərhələli şəkildə iki dəfə artıra bilər.

Trend-in məlumatına görə, bunu "Azernews"a müsahibəsində TAP-ın icraçı direktoru Luka Skyeppati deyib.

"TAP-ın buraxılış gücünün iki dəfə artırılması layihənin planlaşdırma mərhələsində nəzərdə tutulmuşdu. TAP-ın cari gücü ildə 20 milyard kubmetrə çata bilər. Xəttin genişləndirilməsi imkanları müntəzəm bazar sınaqlarının açıq, şəffaf şəkildə və ayrı-seçkilik olmadan keçirilməsi yolu ilə təklif edilir. Bir sözlə, TAP maraqlı tərəflərə infrastruktur gücünün uzunmüddətli artırılması ilə bağlı müraciətlərini vermək imkanını təqdim edir", - deyə o bildirib.

L.Skyeppati bildirib ki, hazırda 2021-ci ildə elan olunmuş bazar sınağı keçirilir.

"Bazar sınaqlarının birinci mərhələsinin 2022-ci ilin noyabrında, daha sonra ikinci mərhələnin 2023-cü ildə keçirilməsi nəzərdə tutulur. Bazar tələbinin yaranacağı və genişlənmənin iqtisadi səmərəli olacağı təqdirdə TAP əlavə kompressorlar quraşdırmaqla nəql gücünü iki dəfə artıra bilər", - L.Skyeppati deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti