...

Bolqarıstan qaz tədarükünün artırılması ilə bağlı Azərbaycanla danışıqları bərpa edəcək - Nazir

Energetika Materials 22 Avqust 2022 19:03 (UTC +04:00)
Bolqarıstan qaz tədarükünün artırılması ilə bağlı Azərbaycanla danışıqları bərpa edəcək - Nazir
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Bolqarıstan qaz tədarükünün artırılması ilə bağlı Azərbaycanla danışıqları bərpa edəcək.

Trend-in məlumatına görə, bunu ölkənin energetika naziri Rosen Xristov deyib.

Onun sözlərinə görə, Bolqarıstan bütün qış dövrü üçün kifayət edə biləcək həcmləri almaqda davam edəcək.

"Əsas məsələ qiymətlə bağlıdır. Səylərimiz rəqabətli qiymətlərlə boru kəməri qazının sistemli tədarükünü təmin edə biləcək ortamüddətli müqavilələrin imzalanmasına yönələcək. Hazırda bizi narahat edən tədarük həcmləri yox, qiymətlərin daimi artım tendesiyasıdır", - deyə nazir bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti