Bakı. Trend:
Avropada qazın qiyməti səhər saatlarında 600 dollardan aşağı düşdükdən sonra yenidən 1000 kubmetr üçün 660 dollardan yuxarı qalxıb.
Trend-in məlumatına görə, bu barədə Londonun "ICE" birjasının məlumatlarında qeyd olunub.
Məlumata əsasən, gün ərzində ümumi qiymət artımı 7 faiz təşkil edib.
Niderlanddakı "TTF" qovşağında fevral fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 661 dollara yüksəlib, və ya MVt/saat üçün 59,25 avroya.