...

Dövlət Neft Fondunun "Şahdəniz"dən əldə olunan gəliri iki dəfədən çox artıb

Energetika Materials 3 Mart 2023 18:00 (UTC +04:00)
Dövlət Neft Fondunun "Şahdəniz"dən əldə olunan gəliri iki dəfədən çox artıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 1 yanvar 2023-cü il - 1 mart 2023-cü il tarixləri arasında "Şahdəniz" yatağından əldə olunan qaz və kondensat satışından 2022-ci ilin analoji dövründəki 227,557 milyon dollarla müqayisədə 534,751 milyon dollar dəyərində gəlir əldə edib.

Trend bu barədə Fonda istinadən xəbər verir.

Beləliklə, ARDNF-nin "Şahdəniz"dən əldə olunan gəlirləri ötən illə müqayisədə 2,3 dəfə artıb.

Hesabat dövründə "Şahdəniz" yatağından hasil edilən kondensat satışından əldə olunan gəlir 2022-ci ilin analoji dövründəki 22,172 milyon dollarla müqayisədə 2,6 dəfə artaraq 58,069 milyon dollar təşkil edib.

Qeyd edək ki, 2022-ci ildə Fondun "Şahdəniz" yatağından hasil olunan qaz və kondensat satışından əldə edilən gəliri 1,443 milyard dollar təşkil edib.

bp-nin məlumatlarına əsasən, 2022-ci ilin yekunlarına görə "Şahdəniz" yatağından ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 25 milyard standart kubmetr qaz və 4 milyon tondan artıq kondensat hasil edilmişdir.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 74 milyon (ildə 27 milyarddan artıq) standart kubmetrdir.

Şahdənizdə iştirak payları belədir: bp (operator – 29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), SOCAR (14,35%), NİKO (10,0%), Cənub Qaz Dəhlizi (6,67%).

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti