...

IGB operatoru mənimsənilmiş vəsaitlərin həcmini açıqlayıb

Energetika Materials 15 Mart 2023 15:43 (UTC +04:00)
IGB operatoru mənimsənilmiş vəsaitlərin həcmini açıqlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikinti layihəsinin reallaşdırılması üçün ayrılmış vəsaitlərin 87 faizi mənimsənilib.

Trend-ə bu barədə boru kəmərinin operatoru olan ICGB şirkətdən deyiblər.

"Vəsaitlərin digər hissəsi tamamlama işlərinə sərf olunacaq", - şirkətdən bildiriblər.

EPC podratçı Yunanıstan-Bolqarıstan interkonnektorunun istismarına birbaşa təsir göstərməyən işləri tamamlamaq üzrədir. Bu, bir növ ikinci dərəcəli fəaliyyətdir və və qaz kəmərinin fasiləsiz işinə və təhlükəsizliyinə mane olmur. Bu işlər əvvəlki kimi müqavilənin bir hissəsini təşkil edir və sifarişçi şirkət texniki tapşırıq çərçivəsində onların icrasını tələb edir.

Qeyd edək ki, layihənin ümumi dəyəri 253 milyon avro təşkil edir.

Yunanıstan-Bolqarıstan interkonnektoru 1 oktyabr 2022-ci il tarixindən kommersiya tədarükünə başlayıb.

Hazırkı istilik mövsümünün əvvəlindən IGB Bolqarıstanda təbii qaz ehtiyacının təqribən üçdə birini təmin etməkdədir. Bolqarıstana təbii qaz nəqlinin diversifikasiyalaşdırılması üçün ilk marşrut olan IGB tədarükün daha yüksək təhlükəsizliyinə və mənbələrin müxtəlifliyinə zəmanət verməklə təbii qaz bazarında rəqabətə mühüm töhfə verir ki, bu da ölkədəki müəssisələr və daxili istehlakçılar üçün qiymətlərin optimallaşdırılmasının vacib şərtidir.

Azərbaycanla saziş üzrə layihənin əsasını 1 milyard kubmetr tədarük təşkil etdiyi halda, IGB digər yükgöndərənlər tərəfindən rezerv edilmiş uzunmüddətli imkanlara da malikdir. Bunların əksəriyyəti Bolqarıstan bazarı üçün tamamilə yenidir. Yunanıstan-Bolqarıstan interkonnektoru 2024-cü ildə bir neçə qaz mənbəyinə çıxış əldə edəcək.

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti