...

Cenevrədə Azərbaycanın innovasiyaları, yaşıl artım modeli müzakirə edilib (FOTO)

Energetika Materials 9 İyun 2023 09:24 (UTC +04:00)
Cenevrədə Azərbaycanın innovasiyaları, yaşıl artım modeli müzakirə edilib (FOTO)

Bakı. Trend:

Cenevrədə "Azərbaycanın innovasiyaları, daha yaşıl artım modeli yolunda" mövzusunda dəyirmi masa keçirilib.

Trend cümə günü xəbər verir ki, bu barədə Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov özünün Tvitter səhifəsində yazıb.

"İsveçrənin Cenevrədəki Birləşmiş Ticarət Palatası tərəfindən təşkil olunmuş "Azərbaycanın innovasiyaları, daha yaşıl artım modeli yolunda" mövzusunda dəyirmi masada salamlama nitqi ilə çıxış etməkdən məmnun oldum. Bu sahədə istər Avropada, istərsə də Azərbaycanda həyata keçirilən birgə layihələr Azərbaycan-İsveçrə əməkdaşlığının gündəliyində duran prioritetlərdir", - o yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti