...

SOFAZ "Azəri-Çıraq-Günəşli"dən əldə olunan gəlirləri açıqlayıb

Energetika Materials 4 Noyabr 2023 19:34 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (SOFAZ) "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqları blokundan 2023-cü ilin ilk doqquz ayı ərzində əldə etdiyi gəlir 2022-ci ilin analoji dövründəki 8,326 milyard dollarla müqayisədə 5,866 milyard dollar təşkil edib.

Trend bu barədə SOFAZ-a istinadən xəbər verir.

Beləliklə, SOFAZ-ın AÇG-dən əldə etdiyi gəlir illik hesablamada 29,5 faiz azalıb.

Qeyd edəl ki, layihənin operatoru olan bp şirkətinin son məlumatlarına əsasən, 2023-cü ilin üç rübü ərzində blokda hasilatın həcmi orta hesabla gündəlik təqribən 368 min barel olub. Ötən ilin analoji dövründə isə bu göstərici gündəlik təqribən 424 min barel olub.

Beləliklə, AÇG-də hasilatın həcmi illik hesablamada 11,96 faiz azalıb.

Üçüncü rübün sonunda 139 neft hasilat quyusu, 45 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.

2023-cü ilin hesabat dövründə AÇG-də 6 neft hasilat quyusu, 4 su injektor quyusu və 1 qaz injektor quyusunun tikintisi başa çatıb.

AÇG-də iştirak payları aşağıdakı kimidir: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%).

(Tərcümə: Rəna Əbdürəhmanova)

X: @Lyaman_Zeyn

Xəbər lenti

Xəbər lenti