...

Azərbaycandan Yunanıstana neft ixracı artıb

Energetika Materials 26 Yanvar 2026 10:00 (UTC +04:00)
Azərbaycandan Yunanıstana neft ixracı artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Azərbaycandan Yunanıstana 367,7 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə olunmuş 702,4 min ton neft və neft məhsulları ixrac olunub.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 143,4 milyon dollar və ya 1,6 dəfə, həcm baxımından isə 333,7 min ton və ya 1,9 dəfə çoxdur.

Bu müddət ərzində Yunanıstan Azərbaycandan ən çox neft idxal edən ölkələr sırasında 7-ci yerdə qərarlaşıb.

2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları üzrə 23,4 milyon ton həcmində məhsul ixrac olunub. İxracın ümumi dəyəri 12,1 milyard ABŞ dolları təşkil edib.

Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində göstərici 2,4 milyard ABŞ dolları və ya 16,2% azalıb, lakin fiziki həcm baxımından 215 min ton və ya 0,9% artım qeydə alınıb.

Qeyd olunan məhsulların ixracı 2025-ci ildə ölkənin ümumi ixrac həcminin 48,28%-ni təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti