...

Bakıda 108 mindən artıq qaz sayğacı quraşdırılıb

Energetika Materials 21 Noyabr 2005 16:56 (UTC +04:00)

2005-ci ildə Bakıda 108 mindən artıq qaz sayğacı quraşdırılıb. Bu barədə Trend ə "Bakqaz" İB-dən (Azəriqaz QSC-in strukturu) məlumat verilib. İlin sonuna kimi bu rəqəmin 120 minə çatdırılması nəzərdə tutulub.

Ümumilikdə Azəriqaz cari ildə respublikada 220 min ədəd sayğac quraşdırmaq niyyətindədir. Bu işləri dekabrın 20-nə kimi başa çatdırmaq planlaşdırılır. Bu vaxta kimi Azərbaycanda 150 mindən artıq sayğac quraşdırılıb.

2006-cı ildə Azəriqaz təxminən 500 min sayğac quraşdırmaq niyyətindədir.

Qaz sayğacları Nazirlər Kabinetinin 8 fevral 2005-ci il tarixli 43 saylı sərəncamının həyata keçirilməsi çərçivəsində alınır.

Podratçı "Sənayecihaz" Azəriqazı G-2,5 markalı 50 min və G-4 markalı 40 min ədəd sayğacla təmin edir. Şirkət $1,790 mln məbləğində sayğac tədarük etməyi təklif edib.

Tezliklə Belarusun Belamo şirkəti də Azəriqaza bir partiya G-6 markalı qaz sayğacı tədarük edəcək. Müqaviləyə əsasən, şirkət QSC-ni 30 min ədəd sayğacla təmin edəcək. Müqavilənin dəyəri $840 mindir.

Xəbər lenti

Xəbər lenti