...

"Azərenerji" SC Gürcüstana saatda 4 mln kVt elektrik enerjisi verib

Energetika Materials 27 Yanvar 2006 14:25 (UTC +04:00)

"Azərenerji" SC yanvarın 22-dən bu günədək Gürcüstana saatda 4 mln kVt elektrik enerjisi tədarük edib. Trend in xəbər verdiyi kimi, bu barədə SC-nin mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumatda deyilir ki, ilk günlər 30 MVt enerji tədarük olunurdu. Lakin dünəndən etibarən Azərbaycan Gürcüstana 70 MVt, işin qızğın vaxtlarında isə 100 MVt enerji verir.

"Azərenerji" nümayəndələri qeyd edir ki, Gürcüstana elektrik enerjisinin tədarükü respublika daxilində istehlakçılar üçün enerji tədarükündə əks olunmur.

Xəbər lenti

Xəbər lenti