...

"Barmek" 4 illik fəaliyyətinə yekun vurub

Energetika Materials 3 Fevral 2006 14:00 (UTC +04:00)

2005-ci ildə "Barmek-Azərbaycan" "Azərenerji" səhmdar cəmiyyətindən 918838,23 mlrd manatlıq 10967,27 mlrd kilovatt saat elektrik enerjisi alıb. Bu 2004-cü ildə olduğundan 7,02% (10248,27 kilovatt saat elektrik enerjisi) çoxdur. Bu barədə Trend ə şirkətin prezidenti Hüseyn Arabul şirkətin 4 illik fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

2004-cü ildə istifadə olunmuş elektrik enerjisinə görə nəqd və köçürmə yolu ilə 655, 92 mlrd manat toplanılıb. 2005-ci ildə bu göstərici 739,12 mlrd manat təşkil edib. Bu, 2004-cü ildə olduğundan 83,19 mlrd manat çoxdur.

İmzalanan razılaşmaya görə, 2002-ci il ərzində "Barmek" "Azərenerji"yə alınan enerjinin dəyərinin 50% -ni ödəyib. 2003-cü ildə bu göstərici 55% təşkil etməli idi. 2002-ci ildə real olaraq 119%-ə, 2003-cü ildə 95,02%-ə, 2004-cü ildə 96,7%-ə bərabər olmalı idi. 2005-ci ildə şirkət "Azərenerji"yə 498 mlrd manat ödəməli idi.

2004-cü ildə şirkətin abunəçilərinin miqdarı 744796 təşkil edib. 2005-ci ildə bu göstərici 804781-ə bərabər olub. 4 il ərzində şirkət investisiya kimi 322,969 mlrd manat sərmayə qoyub ki, bu da nəzərdə tutulandan (254,38) 26,9% çoxdur. 2002-ci ildə şirkətin texniki itkiləri 17, 63%-ə bərabər olub. 2003-cü ildə onlar 16,83%-ə qədər aşağı düşüb. 2004-cü ildə onlar 15,19% təşkil edib. 2005-ci ilin yekunlarına görə, bu göstərici 13,8%-ə bərabər olub.

Xəbər lenti

Xəbər lenti