...

McDermott Caspian şirkəti fevralın 24-də baş vermiş insidentlə bağlı üzr istəyib

Energetika Materials 24 Fevral 2006 14:14 (UTC +04:00)

Fevralın 24-də McDermott Caspian Contractors, Inc. (MCCI) şirkətinin prezidenti Den Hauser (Dan Houser) bu gün Bakıda şirkətin iş meydançasında baş vermiş insidentdən sonra Azərbaycanın Qaradağ rayonun İcra hakimiyyətinin başçısı ilə görüşüb. MCCI -dən Trend ə verilən məlumata görə, şirkətdəki xüsusi lövhədə Xocalı faciəsinə həsr olunmuş şəkillər asılıbmış.

"Bu, yerli və xarici fəhlələr arasında bəzi fikir ayrılıqlarına səbəb olub", - deyə MCCI-dən bildirilib.

MCCI şirkətinin prezidenti Ben Hauser baş vermiş insidentə görə üzr istəyib və hazırda şirkətin iki xarici işçisi işdən kənarlaşdırılıb.

Neftçilərin hüquqlarının müdafiəsi üzrə komitənin rəhbəri Mirvari Qəhrəmanlının Trend ə verdiyi məlumata görə, MCCI şirkətinin həmkarlar ittifaqı Xocalı faciəsinə həsr olunan sərgi hazırlayıb. Lakin plakatlar MCCI şirkətinin menecerləri tərəfindən cırılıb və bu da şirkətin azərbaycanlı fəhlələrinin narazılığına səbəb olub.

"Bu səhər baş verib. MCCI-nin əməkdaşları bu adamoların dərhal Azərbaycandan çıxarılmasını tələb edirlər", - Mirvari Qəhrəmanlı bildirib.

Xəbər lenti

Xəbər lenti