...

Shirvanoil BM "Kürovdağ" yatağında qazma işlərinə hazırlaşır

Energetika Materials 25 Fevral 2006 14:45 (UTC +04:00)

"Kürovdağ" yatağının reabilitasiyası, işlənib hazırlanması və burada kəşfiyyat işləri ilə məşğul olan Shirvanoil BM yeni istismar quyusunun qazılmasına hazırlaşır. Bu barədə Trend ə Azərbaycan Dövlət Neft şirkətindən məlumat verilib. "Kürovdağ"ın cənub hissəsində qazma işlərini Britaniyanın Monument Oil şirkəti aparacaq.

Hazırda BM-in hasilatın bölünməsi üzrə sazişin imzalanmasına (PSA) keçid prosesinin yekun mərhələsidir.

2005-ci ilin sonunadək Şhirvanoil "Kürovdağ"ın işlənib hazırlanmasına 40 mln dollardan artıq sərmayə qoyub. AR DNŞ və Britaniyanın Caspian Energi Group şirkəti 2006-cı il yanvarın 1-dən Şhirvanoil BM bazasında Shirvanoil Operating Company-nin yaradılması ilə bağlı razılığa gəlib.

2004-cü ilin noyabrında AR DNŞ Caspian Energy Group (keçmiş Whitehall) "Kürovdağ"a dair PSA müqaviləsi imzalayıb. Bu müqavilədə tərəflər 50% iştirak payı əldə edib. Caspian Energy Group şirkətinin 51% iştirak payına malik olduğu "Kürovdağ"ın reabilitasiyası ilə 1997-ci ildən Shirvan Oil məşğul olub.

"Kürovdağ" yatağı 1929-cu ildə açılıb, onun işlənib hazırlanmasına isə 1995-ci ildə başlanılıb. Bu günə kimi 36 mln tondan çox neft hasil edilib ki, Shirvan Oil BM-in (1997-ci ildən bəri) də payına 1,6 mln tondan çox neft düşüb.

Xəbər lenti

Xəbər lenti