...

"Azərenerji" "Şimal" elektrik stansiyasında 2-ci BQQ-nin tikintisi üzrə məsləhətçini müəyyən edib

Energetika Materials 1 Mart 2006 14:18 (UTC +04:00)

"Azərenerji" SC-nin tender komissiyası "Şimal" elektrik stansiyasında 400 MVt gücündə 2-ci buxar-qaz qurğusunun tikintisi üzrə texniki məsləhətçinin müəyyən edilməsini yekunlaşdırıb. Bu barədə Trend SC-nin mətbuat xidmətinə istinadən məlumat verir.

Layihənin texniki məsləhətçisi TEPSCO (Yaponiya) və Emprima (Finlandiya) şirkətlər konsorsiumudur. Yaxın vaxtlarda tender üzrə hesabatlar razılaşdırılmaq və təsdiqlənmək üçün bu layihəni maliyyələşdirən Yaponiya beynəlxalq əməkdaşlıq bankına (JBIC) göndəriləcək.

Texniki məsləhətçi layihənin şərt və tələblərini tərtib etməli və bunlara tikinti üzrə baş podratçı vəzifəsinə pretendentlər cavab verməlidir. Məsləhətçi layihənin gerçəkləşdirilməsinə nəzarət prosesini həyata keçirəcək.

Xəbər lenti

Xəbər lenti