...

"Azneft" İB "Günəşli" yatağındakı yeni quyuda hasilatı artırıb

Energetika Materials 17 Aprel 2006 12:24 (UTC +04:00)

"Azneft" İB "Günəşli" yatağının dayaz hissəsində ARDNŞ-in müstəqil surətdə işlədiyi "Günəşli-13" platformasından qazılmış quyuda optimal hasilat rejiminin seçilməsi istiqamətində aparılan geoloji tədqiqat işlərini başa çatdırıb.

Hazırda quyudan gündəlik hasilat 220 tondan 250 tonadək artıb.

Qazma işləri ətraf quyulara təsir etmədən həyata keçirilib. Yeni quyunun istismara verilməsində məqsəd yataqda hasilatın azalan həcminin yerini doldurmaqdan ibarətdir. Yeni platformadan cəmi 10 quyunun qazılması planlaşdırılır. Bunlardan 2-ci neft istismar, 8-i isə qaz quyuları olacaq.

"Günəşli-13" platforması 2004-cü ildə, Rusiya ilə mülkiyyət məsələləri həll olunduqlan sonra istismara verilib. Bu platformanın hissələri 90-cı illərin əvvəllərindən Həştərxanda yerləşib.

Xəbər lenti

Xəbər lenti