...

İlin əvvəlindən "Muradxanlı" yatağından 10 min tondan artıq neft hasil edilib

Energetika Materials 6 May 2006 12:31 (UTC +04:00)

Dövlət Neft Şirkətinin "Azneft" İB-ə məxsus "Muradxanlı" quru yatağından 2006-cı ilin aprelində 2520 ton neft və 50 min kubmetr qaz hasil edilib. Bu ilin yanvar-aprel ayları ərzində hasilatın həcmi 10 min 70 ton neft təşkil edib. Trend in verdiyi məlumata görə, bu barədə ARDNŞ-in məlumatında bildirilir.

Məlumata görə, "Muradxanlı'' İNM-nin kollektivi aprel ayında planda nəzərdə tutulan 3 texniki tədbirə qarşı 5 texniki tədbir həyata keçirmiş, nəticədə əlavə 60 ton neft əldə etmişdir. Ümumiyyətlə, 89 istismar quyusu fonduna malik idarədə ilin əvvəlindən 18 texniki, 2 geoloji tədbir həyata keçirilib ki, bunun da nəticəsində 221 ton neft əldə olunub. Qeyd edək ki, idarənin sərəncamındakı istismar quyusu fondunun 60-nı fəaliyyətdə olan, 29-nu isə fəaliyyətsiz quyular təşkil edir.

Xəbər lenti

Xəbər lenti