...

Baş nazirin birinci müavini: Azərbaycan həmişə qaz tədarükündə Gürcüstana köməklik göstərməyə hazırdır

Energetika Materials 31 May 2006 18:47 (UTC +04:00)

Azərbaycanın Gürcüstana əlavə qaz vermək imkanı ölkənin 2007-ci il yanacaq-energetika balansından asılı oacaq. Trend agentliyinin məlumatına əsasən, bu barədə baş nazirin birinci müavini Yaqub Eyyubov bildirib. Yanacaq-energetika balansı noyabrda hazırlanacaq.

Balansda respublikaya gələn il üçün lazım olacaq və ölkədə istehsal olunacaq qazın həcmi göstəriləcək. Bundan sonra Azərbaycanın Gürcüstana nə qədər qaz ixrac edə biləcəyi müəyyənləşəcək. Eyni zamanda Y.Eyyubov qeyd edib ki, Azərbaycan həmişə Gürcüstana qaz tədarükü məsələsində yardım göstərməyə hazırdır və bunu bu ilin qışında yaranmış problemlər zamanı nümayiş etdirib. Həmin yardım bu il də davam etdirilə bilər.

Mayın 26-da Bakıda Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevlə Gürcüstanın energetika naziri Nika Gilauri arasında danışıqlar aparılıb. Bu danışıqlar zamanı Azərbaycanın Gürcüstana 2006-2007 illərin payız-qış mövsümlərində yardım imkanları müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti