...

İyun ayında "Azərenerji" sistemində elektrik enerjisi istehsalı artıb

Energetika Materials 5 İyul 2006 16:13 (UTC +04:00)

Bu ilin iyun ayı ərzində "Azərenerji" səhmdar cəmiyyəti 1,6 milyard kVt/s-dan çox elektrik enerjisi hasil edilib. Bu ötən ilin analoji dövründəkindən 4% çoxdur. Trend in verdiyi xəbərə görə, bu barədə SC-nin mətbuat xidmətinin məlumatında deyilir.

İyunda hasil edilmiş elektrik enerjisinin ümumi həcmindən 1,5 milyard kVt/s istilik elektrik stansiyasının payına və təxminən 0,1 milyard kVt/s isə su elektrik stansiyasının payına düşür.

Bu ilin iyun ayı ərzində qonşu ölkələrdən elektrik enerjisinin axını davam edib. Rusiyadan 74 milyon kVt/s, İrandan - 39,3 milyon kVt/s, Türkiyədən isə 18,6 milyon kVt/s elektrik enerjisi alınıb.

İlin əvvəlindən "Azərenerji" sistemində 12,4 milyard kVt/s elektrik enerjisi hasil edilib, bunun 10,8 milyard kVt/s istilik elektrik stansiyasının payına düşür. Xaricdən tədarük edilən elektrik enerjisi 936 milyon kVt/s-ı ötüb və bu ötən ildəkindən 11% azdır.

Xəbər lenti

Xəbər lenti