...

Shirvanoil BM PSA müqaviləsinə keçdikdən sonra qazma işlərini davam etdirəcək

Energetika Materials 31 İyul 2006 18:38 (UTC +04:00)

"Kürovdağ" yatağında kəşfiyyat aparan Shirvanoil BM PSA müqaviləsinə keçid məsələsi həll edildikdən sonra qazma işlərini davam etdirəcək. ARDNŞ-dən Trend ə verilən məlumata əsasən, əsas fondların verilməsi ilə məşğul olan xüsusi komissiya yaradılıb.

Qazma işləri "Kürovdağ" Britaniyanın Monument Oil xidmət şirkəti tərəfindən həyata keçiriləcək.

2005-ci ilin sonuna qədər Shirvanoil "Kürovdağ"ın işlənilməsinə təxminən $40 mln. vəsait yatırıb. ARDNŞ və Caspian Energy Group 2006-cı ilin yanvarın 1-dən Shirvanoil BM əsasında Shirvanoil Operating Company əməliyyat şirkətinin yaradılması haqqında razılığa gəlib.

2004-cü ilin noyabrında ARDNŞ Caspian Energy Group ilə "Kürovdağ" üzrə PSA müqaviləsi imzalayıb. Tərəflər hərərəsi 50% iştirak payı alıb. 1997-ci ildən "Kürovdağ"ın reabilitasiyası ilə Shirvan Oil BM məşğul olub ki, burada Caspian Energy Group-un 51% iştirak payı olub.

"Kürovdağ" yatağı 1929-cu ildə açılıb, işlənməsinə isə 1955-ci ildə başlanıb. İndiyə qədər 36 mln tondan çox neft hasil olunub. Shirvan Oil BM-nin payına 1,6 mln. tondan çox neft düşüb.

Xəbər lenti

Xəbər lenti