...

İran və Azərbaycan elektrik stansiyalarının tikintisi üzrə razılığa gəliblər

Energetika Materials 4 Avqust 2006 17:34 (UTC +04:00)

Azərbaycan və İran Araz çayı üzərində iki elektrik stansiyası tikəcək. Trend in xəbər verdiyi kimi, bu barədə "Azərenerji" səhmdar cəmiyyətinin mətbuat xidmətindən bildiriblər. Bu qərar SC nümayəndələrinin Şərqi Azərbaycanın (İran) Təbrizdə yerləşən Regional su şirkəti ilə keçirdiyi görüş zamanı qəbul edilib.

Tərəflər 36 mVt gücə malik iki elektrik stansiyanın - Ordubad SES (Azərbaycan) və Mərəzə SES-in (İran) tikintisi haqqında razılığa gəliblər. Çayın su ehtiyatlarından paritet əsaslarla istifadə ediləcək. Bu barədə "Azərnereji" SC-nin vitse-prezidenti Marlen Əsgərov xəbər verib.

Ekologiyaya riayət etmək üçün derivasiya tipli SES tikiləcək, yəni onlar çayın qollarında yerləşəcək. Su anbarının yaradılması nəzərdə tutulmayıb.

10 ay ərzində tərəflər tikinti üçün nəzərdə tutulmuş ərazilərdə topoqrafiya, geodeziya və digər tipli tədqiqatlar aparacaq və layihələrin texniki-iqtisadi əsaslandırmasını hazırlayacaqlar.

Xəbər lenti

Xəbər lenti