Trend in xəbər verdiyi kimi, hazırda Azərbaycan Dövlət Neft Şirkətinin neft və qaz hasilatı üzrə "Azneft" İstehsalat Birliyinin "Balaxıneft" Neft-Qaz Çıxarma İdarəsində fəaliyyətdə olan quyular fondu 1142 quyu təşkil edir. İlin əvvəlindən bəri fəaliyyətdə olan fondda quyuların ümumi sayı 14 quyu artırılıb.
İlin əvvəlindən etibarən fəaliyyətdə olmayan fonddan fəaliyyətdə olan fonda 19 quyu verilib ki, bu da proqnozdan (16 quyu) 3 quyu çoxdur. Bu quyulardan 1452 ton neft əlavə neft hasil olunub. Beş quyu isə qazma işləri başa çatdıqdan sonra istismara verilib.