...

Azərbaycan hökuməti 2007-ci il üçün ölkədə qaza olan tələbatı açıqlayıb

Energetika Materials 17 Fevral 2007 12:16 (UTC +04:00)

Azərbaycan hökumətindən Trend ə bildiriblər ki, 2007-ci ildə ölkədə qaz hasilatı ilə bağlı Azərbaycanın payı 12,145 mlrd. kub metr təşkil edəcək.

Bu həcmə Azərbaycan Dövlət Neft Şirkətinin öz qazı, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən pulsuz ötürülən "Azəri" və "Çıraq" yataqlarından hasil edilən səmt qazı və "Şah dəniz" yatağında hasil edilən qazda Azərbaycanın payı daxildir.

Ümumi qaz həcminin 11,205 mlrd. kub metri milli qaz paylayıcı sistemə təhvil veriləcək.

Xəbər lenti

Xəbər lenti