...

Asiya İnkişaf Bankı Azərbaycana 700 milyon dollardan çox kredit ayırmağa hazırdır

Maliyyə Materials 1 Sentyabr 2020 20:07 (UTC +04:00)
Азиатский банк развития готов выделить Азербайджану кредит на сумму более $ 700 млн
Asiya İnkişaf Bankı Azərbaycana 700 milyon dollardan çox kredit ayırmağa hazırdır

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) 2021-2023-cü illərdə Azərbaycana ümumilikdə 780 milyon dollar məbləğində kredit ehtiyatları ayırmağa hazırdır.

Trend bu barədə Banka istinadən məlumat verir.

Biznes-plana əsasən, 2021-ci ildə AİB təhsil, irriqasiya, biznesin dəstəklənməsi, iqtisadi islahatlar və dəmir yollarının inkişafı sahələrində layihələrin reallaşdırılması üçün kreditlər ayıracaq.

Qeyd olunur ki, 2021-ci ildə 85 milyon dollar, 2022-ci ildə 370 milyon dollar, 2023-cü ildə isə 325 milyon dollar kreditin ayrılması nəzərdə tutulur.

Bundan başqa, AİB 2021-2023-cü illərdə Azərbaycana 4,5 milyon dollar məbləğində texniki yardım göstərəcək.

Qeyd edək ki, Azərbaycan hökuməti öz növbəsində irriqasiya və drenaj sistemlərinin inkişafına layihələrinə əlavə 15 milyon dollar ayırıb. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin Cənub dəmir yolu sahəsinin bərpasına isə hökumət 20 milyon dollar ayırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti