...

AYİB Gəncə üçün Azərbaycana kredit ayırıb

Maliyyə Materials 24 Noyabr 2020 12:27 (UTC +04:00)
AYİB Gəncə üçün Azərbaycana kredit ayırıb

Bakı. Zeyni Cəfərov - Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Gəncə şəhərində bərk tullantıların toplanması infrastrukturunun modernləşdirilməsi məqsədilə Azərbaycan hökumətinə 10 milyon avro kredit ayırıb.

Trend banka istinadən məlumat verir ki, layihə Gəncədə tullantıların toplanması xidmətinin ətraf mühit, sağlamlıq və təhlükəsizlik standartları baxımından yaxşılaşdırılması məqsədi daşıyır. Hazırda layihə konsepsiya yoxlamasından keçib və yekun yoxlamanı gözləyir.

Borcalan qismində Maliyyə Nazirliyi çıxış edir. İcraçı orqan isə Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyidir.

Kreditin təsdiq olunma tarixi 15 dekabr 2020-ci ildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti