...

Konqo Respublikası Azərbaycanın yaşıl enerji sahəsində təcrübəsindən yararlanmaq istəyir - XİN rəhbəri (FOTO) (Özəl müsahibə)

Yaşıl iqtisadiyyat Materials 3 Aprel 2024 08:00 (UTC +04:00)
Konqo Respublikası Azərbaycanın yaşıl enerji sahəsində təcrübəsindən yararlanmaq istəyir - XİN rəhbəri (FOTO) (Özəl müsahibə)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Konqo Respublikası yaşıl enerji sahəsində Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir.

Bunu Bakıda səfərdə olan Konqo Respublikasının xarici işlər naziri Jan-Klod Qakosso Trend-ə özəl müsahibəsində deyib.

"Azərbaycanın yaşıl enerji sahəsində böyük təcrübəsi var. Bizdə həcminə görə Amazondan sonra ikinci, Afrikada isə Nildən sonra ikinci ən uzun çay - qüdrətli Konqo çayı var. Bu çay Konqo Demokratik Respublikası və Konqo Respublikası üzərindən keçir və su elektrik enerjisi istehsalı üçün böyük potensialı təmsil edir. Azərbaycanın hidroqrafiyaya əsaslanan yaşıl enerji təcrübəsindən istifadə edərək, biz elektrik enerjisinin paylanması və kənd təsərrüfatının suvarılmasını təmin etmək üçün bəndlər tikmək istəyirik", - deyə o bildirib.

Jan-Klod Qakosso kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivlərinə də toxunub.

"Məhsuldar torpaq və güclü yağıntlar ilə - on iki aydan səkkizində - kənd təsərrüfatı məhsulları istehsalı üçün potensialımız var. Lakin kənd təsərrüfatı sektorumuzun tam potensialına çatması üçün mexanizasiya tələb olunur. Bu, tərəfdaşlığın inkişaf edə biləcəyi bir sahədir və biz kənd təsərrüfatının mexanikləşdirilməsi sahəsində Azərbaycanın təcrübəsinə əsaslanmaq istəyirik", - deyə nazir qeyd edib.

Səfərin məqsədi

Jan-Klod Qakosso qeyd edib ki, ölkəsi Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlıq qurmaq istəyir.

"Sovet İttifaqının dağılmasından sonra Konqo Respublikası Qafqaz və Orta Asiya respublikaları ilə minimal qarşılıqlı əlaqə ilə keçmiş Sovet respublikaları arasında ilk növbədə Rusiya Federasiyası, Belarusiya və Ukrayna ilə əlaqələr saxlayıb. Həm Azərbaycan, həm də Konqo neft və qaz hasil edən ölkələr olduğundan və əhalisi demək olar ki, eyni olduğundan (Azərbaycanda 10 milyon, Konqoda 6 milyon), biz qarşılıqlı faydalı tərəfdaşlığın qurulmasına töhfə verən ümumi xüsusiyyətləri müəyyən etdik. Bakıya səfərimin əsas məqsədi də bundan ibarətdir”, - deyə o bildirib.

Bundan əlavə, nazir bildirib ki, geniş tərkibli nümayəndə heyətinin müşayiəti ilə Konqo Respublikasının Prezidenti Denis Sassu-Nqesso Azərbaycana səfərə yola düşür.

Neft-qaz sahəsində əməkdaşlıq

Jan-Klod Qakosso iki ölkənin dövlət neft şirkətləri arasında güclü tərəfdaşlığın yaradılması imkanlarından danışıb.

"Konqo böyük olmasa da, Afrikanın köhnə neft istehsalçılarından biridir. Ərazimizdə dəniz neft yataqlarında "TotalEnegies", "Eni", "Chevron" və "Halliburton" kimi iri şirkətlər ərazimizdəki dəniz neft yataqlarını istismar edir. Biz Azərbaycanın dövlət neft şirkəti "SOCAR" ilə Konqo Milli Neft Şirkəti (Société Nationale des Pétroles de Congo - SNPC) arasında ticarəti genişləndirməyə çalışırıq. İndiki mərhələdə mən Azərbaycanla əməkdaşlığı qiymətləndirməkdən çəkinirəm, çünki biz tərəfdaşlığın yaradılmasının ilkin mərhələsindəyik. Bizim niyyətimiz bu əməkdaşlığa müvafiq milli neft şirkətlərimiz, "SNPC" və "SOCAR" arasında güclü tərəfdaşlıq vasitəsilə başlamaqdır.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə məhsuldar görüş zamanı mehriban fikir mübadiləsi apardıq. Siyasətçilər olaraq -biz razılaşdıq ki, bu cür səylər güclü diplomatik münasibətlərlə dəstəklənməlidir", - deyə o əlavə edib.

Balanslaşdırılmış diplomatiya və beynəlxalq əməkdaşlıq

Nazir qeyd edib ki, Azərbaycan kimi Konqo Respublikası da Rusiya, ABŞ, Çin və Avropa İttifaqı ilə balanslaşdırılmış əlaqələr saxlayır.

"Azərbaycan Rusiya, Çin, Türkiyə və digər qonşu ölkələrlə də analoji ticarət aparır. Azərbaycanlı həmkarım, xarici işlər naziri ilə danışıqlar zamanı biz beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləməyə razılaşdıq. Biz beynəlxalq strukturlardabir-birimizin namizədliyini dəstəkləyəcəyik. Biz əməkdaşlığın ilkin mərhələsində olduğumuz üçün nikbinəm ki, birgə səylərimiz növbəti illərdə səmərəli nəticələr verəcək", - deyə o bildirib.

X: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti