...

COP27-nin rəsmi nümayəndələri ilə COP29-a hazırlıq müzakirə edilib

Yaşıl iqtisadiyyat Materials 8 Aprel 2024 11:49 (UTC +04:00)
COP27-nin rəsmi nümayəndələri ilə COP29-a hazırlıq müzakirə edilib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Xarici işlər nazirinin müavini, COP29-un Baş danışıqçısı Yalçın Rəfiyevin başçılıq etdiyi nümayəndə heyəti COP27-nin Xüsusi Nümayəndəsi Və Əbu Məcd və COP27-nin Baş Danışıqçısı Mohamed Nasr ilə Qahirədə görüşüb.

Trend xəbər verir ki, bu barədə COP29-un "X" sosial media hesabında paylaşım edilib.

Qeyd edilib ki, görüş çərçivəsində tərəflər COP29-a hazırlıqları müzakirə edilib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti