...

"Yaşıl" enerji keçidində şəffaflıq üçün yeni yanaşmalar zəruridir - Nazir müavini

Yaşıl iqtisadiyyat Materials 19 Sentyabr 2024 11:45 (UTC +04:00)
"Yaşıl" enerji keçidində şəffaflıq üçün yeni yanaşmalar zəruridir - Nazir müavini
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

"Yaşıl" enerji keçidi prosesində şəffaflığa yeni yanaşmalar zəruridir.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın maliyyə nazirinin müavini Azər Bayramov VIII Mühasib və Auditorların Avrasiya Forumunda bildirib.

"Bu gün aydındır ki, yeni inkişaf mərhələsinə keçid əhəmiyyətli səylər tələb edir. Artan tələbləri və təbii çağırışlara hazırlığı nəzərə alaraq, davamlı inkişaf üçün həm iqtisadi, həm də sosial tədbirlərin əhəmiyyəti aydınlaşır", - o qeyd edib.

O vurğulayıb ki, Azərbaycan hökuməti ölkənin sosial-iqtisadi inkişafı istiqamətində aktiv fəaliyyət göstərir və ekoloji təmiz texnologiyalarla tullantıların emalına xüsusi diqqət ayırır.

"Bu prosesin vacib bir hissəsi çirklənmiş ərazilərin bərpasıdır. Belə təşəbbüslər yalnız ölkənin inkişafına xidmət etmir, eyni zamanda, "yaşıl" iqtisadiyyat sahəsində beynəlxalq standartlara uyğun gəlir. "Yaşıl" iqtisadiyyata keçid, həmçinin, təbii resursların daha səmərəli istifadəsini və ekoloji ziyanın azaldılmasını tələb edir. Bu kontekstdə enerji səmərəliliyi tədbirləri mühüm rol oynayır. Qeyd etmək vacibdir ki, bu məsələdə şəffaflıq və hesabatlılığa yeni yanaşmalar müasir qərar qəbuletmə prosesinin ayrılmaz bir hissəsinə çevrilib", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti