...

Avropanın enerji üçün Marşall planına ehtiyacı yoxdur - Avrokomissar

Yaşıl iqtisadiyyat Materials 10 İyun 2025 17:00 (UTC +04:00)
Avropanın enerji üçün Marşall planına ehtiyacı yoxdur - Avrokomissar
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Avropanın enerji üçün Marşall planına ehtiyacı yoxdur.

Trend xəbər verir ki, bunu Avropa İttifaqının İqlim, Sıfır Tullantı və Təmiz artım məsələləri ilə bağlı komissarı Vopke Hukstra Avropa Dayanıqlı Enerji Həftəsi çərçivəsində "Təmiz Sənaye Müqaviləsi: Daha Dayanıqlı və Çiçəklənən Avropa naminə Karbonsuzlaşdırma, Rəqabətədavamlılıq və Dayanıqlıq" mövzusunda nitqlə çıxışı zamanı deyib.

"Avropa İttifaqı daha təmiz, daha rəqabətli və daha müstəqil gələcəyi təmin edəcək texnologiyalara investisiya qoymağa davam edəcək. Əgər biz həqiqətən uğurlu olmaq istəyiriksə, Təmiz Sənaye Sazişinin işləməsini təmin etməliyik. Bizə sizin işinizin, işlədiyiniz yerin əsasında duran və mənim enerji üçün Marşal Planı lazımdır”

Hukstra qeyd etdi ki, iqlim dəyişikliyi ekosistem üçün sərt və aktuallığını qoruyan bir reallıqdır.

"Bu, həm də böyük ölçüdə iqtisadi reallıqdır və təəssüf ki, gələn illərdə bu daha da güclənəcək. Avropa iqlim dəyişikliyinin səbəb olduğu iqtisadi zərərin qarşısını almaq üçün hər il 50-100 milyard dollar ödəyir. Pis xəbər isə budur ki, bu rəqəm sonrakı illərdə daha da artacaq, çünki dünya və planet istiləşir", - deyə komissar bildirib.

O həmçinin qeyd edib ki, Avropanın istiləşmə sürəti qlobal orta göstəricidən təxminən iki dəfə çoxdur.

"Beləliklə, biz daha çox dağıntı görəcəyik. Daha çox daşqın, daha çox əlverişsiz hava şəraiti və daha yüksək qiymətə başa gələcək hadisələrlə üzləşəcəyik. İqlim dəyişikliyi həm də getdikcə daha çox iqtisadi təhlükəsizliklə, enerji müstəqilliyi ilə və yenidən Rusiya kimi ölkələrin girovu olmamaq niyyəti ilə əlaqələndirilir.

Söhbət bizim istər texnologiya sahəsində, istərsə də son dərəcə vacib xammal sahəsində tədarük zəncirlərimizin möhkəmləndirilməsindən geri. Və bu, bir çoxunuzun bugündən və öz iş yerlərinizdən bildiyi kimi, rəqabətədavamlı dairəvi iqtisadiyyatında yüksək keyfiyyətli iş yerlərinin yaradılması, təmiz texnologiyalara keçid ola bilər . Buna görə də vurğulamağa davam edəcəyəm ki, karbonsuzlaşdırma iqlim, rəqabətədavamlılıq və müstəqilliklə sıx bağlıdır", - deyə Hukstra bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti