...

Azərbaycan və Gürcüstan GSM tezliklərini razılaşdırır

Telekommunikasiya Materials 29 Aprel 2008 17:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel / Trend , müxbir S.Babayeva/ Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və GSM operatorları nümayəndələri qonşu ölkə ilə GSM tezliklərinin razılaşdırılması üçün Gürcüstana və Gürcüstan ilə həmsərhəd Azərbaycan ərazilərinə səfər edəcəklər. Dövlət İdarəsindən verilən məlumata görə, səfər aprelin 30-da həyata keçiriləcək.

Razılaşma Gürcüstanın kommunikasiya üzrə Komissiyası və GSM operatorları nümayəndələri ilə keçiriləcək.

Görüş sərhədyanı ərazilərdə tezliklərin kəsişməsi hallarının aradan qaldırılması və bu ərazilərdə mobil rabitənin normal fəaliyyətini təmin etmək məqsədilə keçiriləcək. Bununla yanaşı, tərəflər GSM kanallarının tezliklərinin müştərək monitorinqini keçirəcək.

Hazırda Azərbaycanda üç GSM operatoru - Azercell Telecom, Azerfon, Bakcell fəaliyyət göstərir.

Ölkədə mobil rabitə abunəçilərinin ümumi sayı 4,4 mln. nəfərə çatır.

Xəbər lenti

Xəbər lenti