Azərbaycan, Bakı, 20 noyabr/ Trend , müxbir S.Babayeva/ Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Baktelekom" İstehsalat Birliyi (BTRİB) 2009-cu ildə əlavə 500 universal (həm kartla, həm də jetonlarla işləyir) taksofon alacaq. Taksofonlar insanların sıx olduğu yerlərdə quraşdırılacaq, - İB-in rəhbəri Beytulla Hüseynov cümə axşamı bildirib.
"Biz bu taksofonlara tələbatın olduğunu qeydə alırıq. Taksofonlardan daxilolmalar aybaay artır", - Hüseynov bildirib.
İB cari ildə 110 belə aparat alıb, onlardan 10-u CDMA taksofondur.
"Baktelekom" rəhbərinin sözlərinə görə, gələn il üçün alınması planlaşdırılan Çin istehsalı olan 500 aparatın 100-ü CDMA texnologiya üzrə işləyəcək və ölkənin uzaq yaşayış məntəqələrində quraşdırılacaq.
İB- də gələn il Bakıda taksofonların quraşdırılmasının başa çatacağına və bununla da paytaxtın belə aparatlara olan tələbatının aradan qaldırılmasına ümid edirlər. BTRİB-dən əlavə universal taksofonları Azeurotel şirkəti quraşdırır.