...

Azərbaycan Ümumdünya Poçt İttifaqının yaz sessiyasında iştirak edəcək

Telekommunikasiya Materials 17 Mart 2009 18:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir S.Babayeva /

"Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndələri martın 23-dən 27-ə qədər Ümumdünya Poçt İttifaqının (ÜPİ) Berndə keçiriləcək yaz sessiyasında iştirak edəcək", - çərşənbə axşamı nazirlikdən deyilib.

Aprelin 3-nə qədər davam edəcək sessiya çərçivəsində poçt əməliyyatları ittifaqının qrup və komissiyalarının iclası ilə paralel olaraq, təşkilatın İnzibatı Şurasının işçi və layihə qruplarının toplantısı da baş tutacaq.

Sessiyada əsas mövzular içərisində Azərbaycan tərəfindən ÜPİ-nin ötən payız sessiyasında irəli sürülmüş və əlavə tədqiqata göndərilmiş təkliflərə təkrarən baxılacaq. Bundan başqa, sessiya iştirakçıları qeyri-qanuni buraxılmış markalarla mübarizə tədbirləri, poçt sahəsində yeni elektron xidmətlər və digər vacib məsələləri müzakirə edəcəklər.

Sessiyanın bitimində ÜPİ poçt əməliyyatları şurasının plenar iclaslarının keçirilməsi nəzərdə tutulub. Onların gedişində yerinə yetirilmiş işlər barədə rəylər veriləcək.

ÜPİ-nin son konqresində Azərbaycan ÜPİ-nin birdən-birə iki ali orqanı - İnzibat və Poçt İstismarı Şuralarına üzv seçilib. ÜPİ-nin rəhbər orqanlarında üzvlük, ölkəyə təşkilatın fəaliyyəti ilə bağlı əsas məsələlər üzrə qərarların formalaşdırılmasına təsir etmək imkanı verir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti