...

Azərbaycanın Rabitə Nazirliyi internet bazarının monitorinqini aparacaq

Telekommunikasiya Materials 4 İyun 2009 17:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyun / Trend , müxbir S.Babayeva /

"Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkənin internet bazarının monitorinqini aparacaq", - cümə axşamı dövlət qurumundan deyilib.

"Biz monitorinqi yay aylarında keçirmək niyyətindəyik", - nazirlikdən bildirilib.

Monitorinq İqtisadi İnkişaf Nazirliyi, Azad İstehlakçılar Birliyi və Azərbaycan İnternet Cəmiyyəti ilə birlikdə aparılacaq.

Hazırda monitorinqin formatı, qaydaları və onun keçirilmə istiqaməti müəyyən edilir. Bu ən azı iki ay çəkəcək.

Bir müddət əvvəl Rabitə Nazirliyi müstəqil şəkildə, yaxınlarda ölkədəki internet qiymətlərinin aşağı salınmasından sonra monitorinq aparıb. Onun nəticələrinə görə, Azərbaycanda ADSL texnologiyası vasitəsilə internetə çıxış qiymətlərinin regionun orta qiymətlərinə uyğun gəldiyi müəyyən edilib.

Nazirlikdə artıq bu yay qiymətlərin növbəti azalması proqnozlaşdırılır.

Azərbaycanda 1 MB/s sürətlə aylıq limitsiz internet paketi 60-165 manat arasında dəyişir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti