...

Azərbaycanın rabitə operatoru 423 saylı ATS-in NGN texnologiyasına keçirilməsi ilə əlaqədar qısamüddətli qüsurların mümkünlüyünü bildirir

Telekommunikasiya Materials 2 Mart 2010 12:04 (UTC +04:00)
Martın ikisindən 423 saylı ATS-in nomrə tutumunun NGN (Next Generation Network) texnologiyasına keçirilməsinə dair işlərlə əlaqədar telefon rabitəsindən istifadə zamanı qısamüddətli qüsurların olması mümkündür. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Bakı telefon rabitəsi" İstehsalat Birliyinin məlumatında bildirilir.
Azərbaycanın rabitə operatoru 423 saylı ATS-in NGN texnologiyasına keçirilməsi ilə əlaqədar qısamüddətli qüsurların mümkünlüyünü bildirir

Azərbaycan, Bakı, 2 mart / Trend , mücbir H. Vəliyev/

Martın ikisindən 423 saylı ATS-in nomrə tutumunun NGN (Next Generation Network) texnologiyasına keçirilməsinə dair işlərlə əlaqədar telefon rabitəsindən istifadə zamanı qısamüddətli qüsurların olması mümkündür. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Bakı telefon rabitəsi" İstehsalat Birliyinin məlumatında bildirilir.

ATS-in nömrə tutumu NGN-ə keçirildikdən sonra dörd rəqəmi (423) telefon nömrəsinin növbəti altı rəqəmi saxlanmaqla üç rəqəmi ilə (323) əvəzlənəcək.

Avadanlığın təchizatçısı ZTE şirkətidir. NGN bazasında şəhər şəbəkəsi üzrə tikilən ATS-in payı 50 faiz təşkil edir. NGN-nin tətbiqi istehsalat birliyinin prioritet vəzifələrindən biridir. Bunun köməyilə operator uzunmüddətli perspektivdə yeni xidmətlər seqmentinin saxlanmasına nail olmaq niyyətindədir. Yeni sistem operatora əhaliyə ənənəvi rabitə xidmətləri ilə yanaşı İP telefoniya xidmətlərinin, genişzolaqlı internet və İP-TV xidmətlərinin göstərilməsinə imkan verəcək.

Hazırda "Bakı telefon rabitəsi"də elektron ATS-lərin xüsusi çəkisi 87 faizdən çoxdur.

Xəbər lenti

Xəbər lenti