...

Azərbaycanın internet-provayderi genişzolaqlı çıxışın əhatə zonasının genişləndirilməsi üçün telekommunikasiya avadanlığı quraşdırır

Telekommunikasiya Materials 3 May 2010 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir H.Vəliyev/

İnternet şəbəkəsinə genişzolaqlı çıxış xidmətləri göstərən AzStarNet şirkəti Bakı şəhərinin 342, 454 və 554 nömrəli ATS-lərində DSLAM telekommunikasiya avadanlığının quraşdırılması üzrə işlər aparır. Bu barədə şirkətin məlumatında deyilir.

Telekommunikasiya avadanlığının quraşdırılmasına dair işlər yaxın vaxtlarda tamamlanacaq.

Bu gün artıq şirkət tərəfindən 453, 553 və 406 nömrəli ATS-lərdə DSLAM avadanlığının quraşdırılması başa çatdırılıb.

Əlavə avadanlığın quraşdırılması şirkətə bu ATS-lərin əhatə zonasında abunəçi bazasını əhəmiyyətli dərəcədə artırmağa şərait yaradacaq.

Hazırda ADSL texnologiyası internetə genişzolaqlı çıxışı kütləvi xidmətə çevirə bilən yeganə texnologiyadır.

Xəbər lenti

Xəbər lenti