...

Özbəkistanda internet istifadəçilərinin sayı ilin əvvəlindən 7% artıb

Telekommunikasiya Materials 22 İyul 2010 12:47 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 22 iyul /Trend, müxbir D.Əzizov/

2010-cu ilin yanvar-iyun aylarında Özbəkistanda internet şəbəkəsindən istifadə edənlərin sayı 2009-cu ilin yekun göstəricisi ilə müqayisədə 7,3 faiz artaraq 2,94 milyona çatıb. Bu barədə Özbəkistan Rabitə və İnformasiyalaşdırma Agentliyi məlumat verib.

Hazırda Özbəkistanda hər min nəfərə 105 internet istifadəçisi düşür.

İlin birinci yarısının sonunda məlumatların ötürülməsi, eləcə də İnternet şəbəkəsinə qoşulmaq xidmətləri göstərən təsərrüfat subyektlərinin sayı 982-yə, kollektiv istifadə məntəqələrinin sayı isə 1025-ə çatıb.

Beynəlxalq informasiya şəbəkələrindən istifadənin ümumi sürəti ilin əvvəlindəki 1,2 gbit/saniyəyə nisbətən 1,58 gbit/saniyəyə çatıb.

Yanvar-iyun ayları ərzində UZ zonasında qeydiyyata alınan domen adların sayı 10 faiz - 10,5 minədək artıb.

İlin birinci yarısında rabitə və İKT sahəsində müəssisələr tərəfindən 911,6 milyartd sum məbləğində xidmət göstərilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 7 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti