...

Azərbaycanın İT şirkəti "Elektron Kitabxana" layihəsini həyata keçirir

Telekommunikasiya Materials 16 Fevral 2012 20:20 (UTC +04:00)
Azərbaycanın "Ultra" İT şirkəti "Elektron Kitabxana" portalının yaradılması üzrə işlər aparır.
Azərbaycanın İT şirkəti "Elektron Kitabxana" layihəsini həyata keçirir

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın "Ultra" İT şirkəti "Elektron Kitabxana" portalının yaradılması üzrə işlər aparır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı şirkətin məlumatında deyilir.

Layihə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

"Elektron Kitabxana" portalı tələb olunan nəşr barədə tam məlumatı təqdim edən resurs olacaq. Rahat naviqasiya və axtarış sistemi bu və ya digər ədəbiyyatı əldə etmək üçün ən yaxın kitabxananın ünvanını dərhal öyrənməyə imkan verəcək.

Sistem portalın mərkəzləşdirilmiş idarəetmə paneli vasitəsilə idarə olunur. Bu panelə M.F.Axundov adına Milli Kitabxananın kitabxana-məlumat sistemi ilə inteqrasiyanı həyata keçirən modul yerləşdirilib. Bununla yanaşı, portal istifadəçiləri elektron kataloq, qeydiyyat, kitabların verilməsi, hesabat kimi funksiyalardan istifadə edə bilərlər.

"Elektron Kitabxana" sisteminə muxtar rejimdə çalışa bilən ayrıca sistem olan "Lokal Kitabxana" modulu yerləşdirilib ki, bu da daha əvvəl kompüterləşdirilməmiş kitabxananın portala qoşulmasına imkan verir.

Ziyarətçilərə xidmətlərin sürətinin artırılması üçün portalda kitabların onlayn bron edilməsi sistemi tətbiq edilib. Qeydiyyatdan keçərək və bununla saytda öz şəxsi profilini yaradan istənilən şəxs lazımi nəşri "bron etmək" imkanını əldə edir, sonra oxucu kitabxanada lazımi kitabı əldə etmək üçün ona kod verilir.

Sistemə qoşulan hər bir yeni kitabxana üçün portal əlavə domen adı (sub-domen) və ayrıca sayt yaratmaq üçün vasitələr təqdim edir. Bu vasitə ilə ayrıca götürülmüş kitabxananın elektron kataloquna daxil olmaq mümkün olur.

Azərbaycanın kitabxanaları daim bədii və ixtisaslaşdırılmış ədəbiyyatlarla artan geniş fonda malikdir. Lakin vətəndaşlar lazımi nəşrin kitabxananın fondunda olub-olmadığı üçün kitabxana seçimində tez-tez çətinliklərlə qarşılaşırlar.

Xəbər lenti

Xəbər lenti