...

ABŞ-ın IT-şirkəti Azərbaycan bazarına çıxır

Telekommunikasiya Materials 29 Mart 2012 18:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir H.Vəliyev/

ABŞ-ın "JDA Software Group" şirkəti Azərbaycanda tədarük xəttinin idarə olunması üçün həllər bazarına çıxır. Bu barədə cümə axşamı Trend-ə şirkətdən məlumat verilib.

Regionda satış xəttinin və pərakəndə ticarətin təşkili üçün şirkət Moskvada ofis açdığını bəyan edib. Ofisdə Azərbaycan, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan və Belarusdan olan mövcud və potensial müştərilərə xidmət göstəriləcək.

"JDA Software" proqramları istehsal-iqtisadi planlaşdırma, satış, əməliyyatlar, ehtiyatlar, daşınmalar və logistikanın idarə olunması sahəsində tapşırıqların geniş diapazonunu həll etməyə imkan verir.

"JDA Software" şirkətinin SCM-həllərinin (Supply Chain Management - satış xəttinin idarə olunması) optimal işini və effektiv inteqrasiyasını təmin etmək üçün müəssisənin mövcud infrastrukturuna "JDA Agile Business Process Platform"un xüsusi platforması imkan verir. O, özündə tədarük xəttinin idarə olunmasının yeni nəslinin tələbləri nəzərə alınmaqla işlənmiş servis-yönəltmə arxitekturasını ehtiva edir.

Platformaya XML-məlumatların modelləşdirilməsi, biznes-proseslərin idarə olunması modulu və biznes proqramlaşdırma dili kimi texnoloji servislər daxildir.

Əlavə funksional planlaşdırmanı, icranı və digərlərini idarə etməyə imkanı verir. Platforma, həmçinin ERP-sistemlərdən məlumatları yükləməyə icazə verir.

Xəbər lenti

Xəbər lenti