...

Azərbaycan Rabitə Nazirliyi Azercell-ə 4G lisenziyasını təqdim edəcək – nazir

Telekommunikasiya Materials 25 Aprel 2012 15:57 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ay ərzində "Azercell" mobil rabitə operatoruna 4G standartında xidmətlər göstərmək üçün lisenziya təqdim edəcək.
Azərbaycan Rabitə Nazirliyi Azercell-ə 4G lisenziyasını təqdim edəcək – nazir

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ay ərzində "Azercell" mobil rabitə operatoruna 4G standartında xidmətlər göstərmək üçün lisenziya təqdim edəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, "Azercell" Bakıda 4G xidmətlərini göstərməyə hazırdır.

"4G xidmətlərinin göstərilməsi üzrə lisenziya yaxın vaxtlarda şirkətə təqdim ediləcək. Digər operatorlara - Azerfon və Bakcell-ə də lisenziyalar veriləcək. Hər şey onların texniki hazırlığından asılıdır. Bu istiqamətdə işlər davam etdirilir", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti