...

DoğmaCİN-dən yeni layihə!

Telekommunikasiya Materials 18 İyun 2012 15:39 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti öz abunçələrinin tələbatını nəzərə alaraq onlara geniş çeşidli məhsullar təklif etməkdədir.
DoğmaCİN-dən yeni layihə!

Azərbaycan, Bakı, 18 iyun /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti öz abunçələrinin tələbatını nəzərə alaraq onlara geniş çeşidli məhsullar təklif etməkdədir.

Şirkətdən bazar ertəsi Trend-ə verilən məlumata görə, ölkə ərazisinin 92%-ni əhatə edən (işğal olunmuş ərazilər istisna olmaqla) "Bakcell" şəbəkəsi Azərbaycanın ən ucqar nöqtələrində belə, yeni baza stansiyaları quraşdırmaqla əhalini yüksək keyfiyyətli mobil rabitə ilə təchiz edir. Bununla yanaşı, xüsusi olaraq regionlarda yaşayan əhali üçün yaradılan DoğmaCİN tarif planı əhalinin "Bakcell" xidmətlərindən daha sərfəli qiymətlərlə istifadə etməsinə imkan yaradır.

İstifadəyə verildiyi gündən çox böyük marağa səbəb olan və hazırda regionlar üçün ən sərfəli tarif planı sayılan DoğmaCİN əhatə dairəsini daim genişləndirməkdədir.

DoğmaCİN-in daha geniş əhali kütlələrinə çatdırılması məqsədilə "Bakcell" bu tarif üçün yeni reklam kampaniyasına start verib. Bu kampaniya çərçivəsində Bakcell-in siması, tanınmış aparıcı və aktrisa Dilarə Əliyevanın iştirakı ilə respublikanın müxtəlif bölgələrində televiziya çarxları çəkilib.

Qeyd edək ki, Bakcell-in bir müddət əvvəl regionlarda əhali arasında keçirdiyi sorğunun nəticələrinə görə, D.Əliyeva respondentlər tərəfindən ən məşhur və inanılan incəsənət və nümayəndəsi və aparıcı kimi qiymətləndirilib. Layihə çərçivəsində D.Əliyeva ən ucqar regionlar daxil olmaqla respublikanın 9 bölgəsinə səyahət edəcək, yerli əhali ilə təmasda olacaq və DoğmaCİN tarifinin üstünlüklərini nümayiş etdirəcək.

Xəbər lenti

Xəbər lenti