...

CIN abunəçilərinə Ramazan hədiyyəsi

Telekommunikasiya Materials 27 İyul 2012 14:12 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet təchizatçısı olan "Bakcell" şirkəti müasir mobil rabitə istifadəçilərinə geniş çeşidli məhsullar təklif etməkdədir.
CIN abunəçilərinə Ramazan hədiyyəsi

Azərbaycan, Bakı, 27 iyul/Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet təchizatçısı olan "Bakcell" şirkəti müasir mobil rabitə istifadəçilərinə geniş çeşidli məhsullar təklif etməkdədir.

Sür@ ticarət nişanı altında ölkədə ən mükəmməl 3G mobil internet təcrübəsini təklif edən "Bakcell" şirkəti böyük məmnuniyyətlə Azərbaycan xalqını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir və yeni eksklyuziv kampaniyasını açıq elan edir. Trend-in məlumatına görə, bu barədə cümə günü şirkətin yaydığı məlumatda deyilir.

CIN abunəçiləri Ramazan ayı boyunca 5400-a 1 rəqəmini SMS ilə göndərməklə "Bakcell"in xüsusi bayram tarifinə qoşula biləcəklər. Kampaniyaya 27 İyul - 27 avqust tarixləri arasında aktiv olacaq. Qoşulma sms-ni göndərdikdən sonra balansını 6 AZN və daha artıq məbləğdə artıran hər bir CIN abunəniçisi avqustun 27-dək axşam saat 9-dan səhər saat 8-ə kimi şəbəkədaxili zənglər üçün pulsuz 100 dəqiqə əldə edəcək.

Tarif haqqında ətraflı məlumat əldə etmək üçün 5400-a İNFO, deaktivasiya etmək üçün isə 5400-a 0 göndərmək kifayətdir.

"Bakcell" şəbəkəsi əhalinin 99 faizini, ölkə ərazisinin isə 92 faizni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan "Bakcell" şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidməti mərkəzləri olan "Bakcell", istifadəçilərə ən üstün müştəri təcrübəsini təklif etməkdədir.

"Bakcell" və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.

Qeyri-"Bakcell" abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə "Bakcell"in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti