...

İltimas Məmmədov: Azərbaycanın ilk kosmik peyki orbitə yanvarda buraxılacaq

Telekommunikasiya Materials 9 Oktyabr 2012 13:12 (UTC +04:00)
Azərbaycanın ilk kosmik telekommunikasiya peyki "Azerspace"in 2013-cü ilin yanvarında orbitə buraxılması gözlənilir.
İltimas Məmmədov: Azərbaycanın ilk kosmik peyki orbitə yanvarda buraxılacaq

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın ilk kosmik telekommunikasiya peyki "Azerspace"in 2013-cü ilin yanvarında orbitə buraxılması gözlənilir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov deyib.

Onun sözlərinə görə, peyk tam hazırdır və sınaqdan keçirilmə ərəfəsindədir.

Qeyd edək ki, peykin orbitdə istismar müddəti 15 il olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti