Azərbaycan, Bakı, 31 oktyabr / Trend, müxbir H.Vəliyev /
İNTRANS şirkəti (az domeninin milli qeydiyyatçısı) üçüncü səviyyəli domenlərin dəyərini aşağı salır. Trend-in məlumatına görə, bu barədə şirkətin rəhbəri Faiq Fərmanov çərşənbə ügün jurnalistlərə bildirib.
.az domeni 1993-cü ildən fəaliyyət göstərir. Son on il ərzində Azərbaycanda qeydiyyat prosesini İNTRANS şirkəti həyata keçirir.
"Üçüncü səviyyəli domenlərin (com.az, net.az, biz.az və s.) illik dəyəri 20 manatdan 10 manatadək azaldılacaq", - Fərmanov bildirib.
Yeni tariflər sabahdan qüvvəyə minəcək.
Fərmanovun sözlərinə görə, habelə təhsil müəssisələri üçün edu.az domenindən istifadə tamamilə ödənişsiz olacaq.
"Azərbaycanda təxminən altı-yeddi min sayt com, net, org domenləri altında fəaliyyət göstərir. Hazırda "Evə qayıtmaq vaxtıdır" adlı layihənin reallaşdırılmasına başlanılması planlaşdırılır. Əsas məqsəd həmin resursların ödəniş olmadan qeydiyyata salınması və ödənişsiz illik dəstək nəzərə alınmaqla .az domeninə ödənişsiz keçirilməsinə imkan verilməsidir", - o deyib.