...

"Azərsun Holdinq" İT infrastrukturunun modernləşdirilməsini başa çatdırıb

Telekommunikasiya Materials 21 Fevral 2013 13:26 (UTC +04:00)
"Azərsun Holdinq" şirkətlər qrupu və IBM şirkəti cümə axşamı "IBM PureFlex" və "IBM Storwize" platformasının bazasında holdinqin İT infrastrukturunun modernləşdirilməsini başa çatdırıb.
"Azərsun Holdinq" İT infrastrukturunun modernləşdirilməsini başa çatdırıb

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir H.Vəliyev/

"Azərsun Holdinq" şirkətlər qrupu və IBM şirkəti cümə axşamı "IBM PureFlex" və "IBM Storwize" platformasının bazasında holdinqin İT infrastrukturunun modernləşdirilməsini başa çatdırıb.

Trend-in məlumatına görə, layihənin reallaşdırılması informasiyanın hazırlanmasını əsas biznes proqramlarından 2,5 dəfə sürətlə artırmağa, eləcə də şirkətin müştərilərinə xidmətdə enerjidən istifadəni azaltmağa imkan verir.

Sistem habelə rezerv surətçıxarma müddətini üç dəfə azaldır, serverlər arasında buraxılış qabiliyyətini 10 dəfə artırır.

"Azərsun Holdinq" İT infrastrukturun idarə edilməsi qrupunun rəhbəri Ruslan Quliyevin sözlərinə görə, "IBM PureFlex" sisteminin tətbiqi şirkət üçün çox çətin olan sistemin operativ genişlənməsi məsələsini həll etməyə imkan verib. Onun köməyi ilə bu məsələnin sayılı saatlar ərzində həll edilməsi mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti