...

Elektron Təhlükəsizlik Mərkəzinə rəhbər təyin edilib

Telekommunikasiya Materials 6 Mart 2013 18:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir H.Vəliyev/

"IntraNS" şirkətinin baş direktoru Faiq Fərmanov Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinə rəhbər təyin edilib.

Təyinat haqqında məlumatı Fərmanovun özü Trend-ə təsdiq edib.

Qeyd edək ki, çərşənbə axşamı Azərbaycan Prezidenti İlham Əliyev Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Fərmanla "Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi haqqında Əsasnamə" təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti