...

“AzeriCard” beynəlxalq kart köçürmələri sistemini təqdim edir

Telekommunikasiya Materials 1 Aprel 2013 14:02 (UTC +04:00)
“AzeriCard” ÜMasterCard Money Send" beynəlxalq kart köçürmələri sistemini təqdim edir.
“AzeriCard” beynəlxalq kart köçürmələri sistemini təqdim edir

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir H.Vəliyev/

"AzeriCard" "MasterCard Money Send" beynəlxalq kart köçürmələri sistemini təqdim edir. Bu barədə Trend-ə bazar ertəsi "AzeriCard"dan daxil olan məlumatda bildirilir.

"MasterCard Money Send" beynəlxalq kart köçürmələri MasterCard və Maestro kartlarının sahiblərinə (hazırda yalnız Azərbaycan Beynəlxalq Bankın plastik kart sahibləri üçün) MDB, Şərgi Avropa, Türkiyə və İsrail ölkələrin ərazisində (köçürmələr yalnız ABŞ dollar ilə mümkündür) yerləşən bankların "MasterCard" və "Maestro" kartlarına və Azərbaycanda fəaliyyət göstərən digər prossesinq mərkəzlərində xidmət olunan bankların MasterCard və Maestro kartlarına (köçürmələr yalnız Azərbaycan manatı ilə mümkündür) pul köçürə bilərlər.

Bu xidmət vasitəsi ilə, kart sahibləri bank filiallarına müraciət etmədən, bankomat şəbəkəsindən istifadə edərək rahat kartdan karta pul köçürə bilərlər. Növbəti mərhələdə dünyanın digər ölkələrin bankların kartlarına köçürmələrin tətbiqi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti