...

"AzeriCard" prosessinq mərkəzi plastik kart sahibləri üçün yeni xidmət təqdim edib

Telekommunikasiya Materials 8 Aprel 2013 17:16 (UTC +04:00)
Elektron bank kartlarının sahiblərinin rahatlığı üçün "AzeriCard" prosessinq mərkəzi "PIN Set" xidmətini təqdim edir.
"AzeriCard" prosessinq mərkəzi plastik kart sahibləri üçün yeni xidmət təqdim edib

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir H.Vəliyev/

Elektron bank kartlarının sahiblərinin rahatlığı üçün "AzeriCard" prosessinq mərkəzi "PIN Set" xidmətini təqdim edir.

AzeriCard-dan Trend-ə verilən məlumata görə, bu xidmət banklara plastik kartları PİN kodsuz çap etmək, kart sahiblərinə isə istənilən vaxt bank filiallarında plastik kartı eldə edərkən PİN kodu öz istəylərinə uyğun təyin etmək imkanı yaradır.

Plastik kart çap olunan vaxtından blokda qalır və yalnız PİN kodun təyin olunmasından sonra aktiv olur. Bu o deməkdir ki, PİN kodun təyin edilməsindən əvvəl kartın məlumatlarından heç bir maliyyə əməliyyatlarında istifadə etmək mümkün olmayacaq.

Təkrar olunan (2222), bir-birinin ardınca gələn (1234) rəqəmləri və ya bütün plastik kartlara eyni PİN kodu seçmək məsləhət görülmür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti